Yol polisi Samuxda reyd keçirdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Yol polisi Samuxda reyd keçirdi - Foto

Rəsmi

16 Avqust 2021 20:57 1165


Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi, gələcəkdə baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə profilaktiki tədbirləri davam etdirirlər.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, reyd zamanı təhlükəsizlik və işıq ciahzlarından istifadə etməyən, sürücülük hüququ olmadan və ya sərxoş halda nəqliyyat vasitələrini idarə edən və digər qayda pozuntularına yol verən sürücülər aşkar edilib. Toyuqlu pizza

Polis əməkdaşları həmin sürücülər ilə profilaktiki söhbətlər apararaq, onlara yol hərəkəti qaydalarının tələblərini xatırladıb.

Bildirilib ki, bu qaydalara riayət edilməsi həm sürücülərin həm də digər hərəkət iştirakçılan təhlükəsizliyi üçün vacibdir. Aparılan araşdırmalar nəticəsində qeyd edilən faktlar üzrə 14 sürücü barəsində inzibati protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!