Yol polisi “Son zəng”lə bağlı valideynlərə xəbardarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Yol polisi “Son zəng”lə bağlı valideynlərə xəbardarlıq etdi

Sosial

14 İyun 2025 09:56 271


Baş Dövlət Yol Polisi İdarəsi “Son zəng”lə bağlı xəbardarlıq edib.

Yenisabah.az xəbər verir ki, yol polisi əməkdaşları ölkə üzrə gücləndirilmiş iş rejimdə xidmət aparır, hərəkət iştirakçılarının təhlükəsizliyinə ciddi nəzarət olunur.

"Təəssüf ki, əvvəlki illərin təcrübəsi göstərir ki, bəzən məzunlar ailə üzvlərinə məxsus avtomobillərin sükanı arxasına keçərək həm özləri, həm də digərləri üçün təhlükə yaradır. Belə hallar yalnız qanun pozuntusu deyil, eyni zamanda həyat və sağlamlıq üçün ciddi riskdir. Dördpendirli pizza

Bu xüsusda valideynlərə və məzunlara bir daha xatırladırıq: Nəqliyyat vasitələrinin sürücülük hüququna malik şəxslər tərəfindən idarə olunması qanunvericiliyin tələbidir və bu qaydaya əməl edilməsi hər bir kəsin həm hüquqi, həm də mənəvi məsuliyyətidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!