Yol polisindən “qara bloknot” iddialarına REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

Yol polisindən “qara bloknot” iddialarına REAKSİYA

Sosial

08 Yanvar 2020 14:24 1118


Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) İdarəsində ciddi yoxlamaların aparıldığı barədə yayılan məlumatlara münasibət bildirib.

"Yeni Sabah"ın məlumatına görə, BŞBPİ-in Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, yayılan məlumatlar fərdi təxəyyüldən yaranan qənaətlərdir:

"Yazıda iddia olunan “hesabat kitabı”, yaxud hansısa “qara bloknot” haqqında bizdə rəsmi məlumat yoxdur". Sezar pizza

Qeyd edək ki, bəzi xəbər saytlarında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində yoxlamaların başlandığı barədə məlumat yayılıb. Məlumata görə, yoxlamalar zamanı Daxili İşlər naziri Vilayət Eyvazovun ləğv etdiyi kabinetlərin - “rüşvət otaqları”nın bir hissəsinin hələ də fəaliyyət göstərdiyi qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!