Yol polisindən sürücülərə müraciət

saytların hazırlanması

Evə çatdırılma

Yol polisindən sürücülərə müraciət

Sosial

01 Noyabr 2019 09:11 1101


Yol polisi yağışlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Yeni Sabah”a açıqlamasında bildirib ki, yağışlı hava şəraiti nəticəsində paytaxtın küçə və prospektlərində bir neçə yüngül yol-nəqliyyat hadisəsi qeydə alınıb. O, qeyd edib ki, sürücülər yağışlı hava şəraitində sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar: “Sürücülər əyləc sistemindən istifadə edərkən yağış sularının yollarda sürüşmə şəraiti yaratdığını nəzərə almalıdır. Hər bir sürücü avtomobilin işıq sisteminə, şüşə silənlərinin sazlığına diqqət yetirməlidir. Əks halda qəzalar qaçılmazdır”.

DYP sözcüsü həmçinin bildirib ki, Bakıda bəzi işıqforların işləməməsi sürücüləri çaşdırmamalıdır: “Xəbər verildiyi kimi paytaxtın bəzi ərazilərində işıqforların fəaliyyətində problemlər yaranıb. Belə olan halda hər bir sürücü yol nişanlarının tələblərinə riayət etməlidir. Hazırda həmin ərazilərdə Dövlət Yol Polis İdarəsinin əməkdaşları nizamlayıcı qismində xidmət aparır. Sürücülər buna da diqqət yetirməli, nizamlayıcının göstərişlərinə uyğun hərəkət etməlidirlər”. Dördpendirli pizza

V.Əsədov belə hava şəraitində sakinləri daha çox ictimai nəqliyyatdan istifadə etməyə çağırıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!