Yol polisindən taksi sürücülərinə   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Yol polisindən taksi sürücülərinə XƏBƏRDARLIQ

Avto

25 İyun 2020 02:15 2460


Bakı şəhər Dövlət Yol Polisi paytaxtda fəaliyyət göstərən taksi sürücülərinə müraciət edib.

Yenisabah.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə açıqlamasında bildirib ki, paytaxt ərazisində fəaliyyət göstərən taksilərdə şəffaf arakəsmələrin yaradılması vacibdir: "Sürücülərə bildiririk ki, istismar etdiyi nəqliyyat vasitəsində arakəsmələrin olması əsas şərtdir. Ən azından sərnişinləri daşıyarkən sürücü qoruyucu vasitələrin olmasına diqqət yetirməlidir.

Bunu tövsiyə edirik və bildiririk ki, şəffaf arakəsmə və qoruyucu vasitələrin olmaması karantin şərtlərinin pozulmasıdır və buna görə də şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci masddəsilə məsuliyyət daşıyır. Karantin qaydalarının pozulması 100 manat, qoruyucu vasitədən istifadə etməməyə görə isə 50 manat cərimə nəzərdə tutulur. Yol polisi sürücüləri buna görə məsuliyyətə cəlb edib cərimə yazmaq niyyətində deyil. Ona görə də profilaktik tədbirlərin keçirilməsinə üstünlük verməklə bir daha xatırladırıq ki, tələbləri yerinə yetirmək vacib şərtdir. Tələblərə riayət etməklə hər kəs özünü və yaxınlarını bu təhlükədən xilas edə bilər". Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!