Yol polisləri yeni formada - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Yol polisləri yeni formada - Fotolar

Sosial

17 Avqust 2019 08:49 1574


Artıq Respublika Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti əməkdaşlarına yeni uniformaların verilməsinə başlanılıb.

"Yeni Sabah" bildirir ki, yeni xidməti formalar ilk olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) yol patrul xidməti əməkdaşlarına paylanıb. Lakin paytaxtda da bütün yol polisi əməkdaşları yeni formalarda deyil.

Məsələ ilə bağlı BŞDYPİ-dən "Trend"ə bildiriblər ki, yeni formalar ilk olaraq Bakının mərkəzi hissəsində xidmət həyata keçirən yol polisi əməkdaşlarına paylanılıb: "Yaxın günlərdə Bakının digər rayonlarında da əməkdaşlara yeni formalar paylanacaq. Bundan sonra mərhələli şəkildə respublika üzrə bütün yol polisi əməkdaşlarına yeni formaların paylanılması həyata keçiriləcək". Dördpendirli pizza

Qeyd edək ki, yeni forma əvvəlkilərdən gödəkçə, köynək və kəmərləri ilə fərqlənir. Belə ki, yol patrul xidməti əməkdaşlarına verilən yeni formada köynək və gödəkçə qara rənglidir. Gödəkçənin üzərinə ağ xətt əlavə edilib. Yol-patrul xidməti əməkdaşlarına verilən yeni köynək isə əvvəlki kimi ağ deyil, qara rəngliddir. Köynəyin üzərində qırmızı zolaq yerləşdirilib. Köynəyin materialı və dizaynı da əvvəlkilərdən fərqlənir.

Yeni formada yol-patrul xidməti əməkdaşının kəmərinin rəngi isə əvvəlki kimi ağ olsa da, materialı dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!