Müğənni Murad Arifin karantin qaydalarını pozaraq yolda klip çəkdirdiyi iddia edilir. Sosial şəbəkələrdə yayılan görüntülərdə sənətçinin 10 nəfərdən çox şəxsi bir araya topladığı və yolun hərəkət istiqamətini kəsərək avtomobilləri əks yola çıxmağa məcbur etdiyi bildirilir.
Yenisabah.az-a açıqlama verən M.Arif həqiqətən klip çəkdirdiyini və qayda pozuntusu etmədiyini deyib: “Bəli, klip çəkdirirk. Sözügedən səhnə cəmi 15 dəqiqəlik səhnədir. Həmin yol və ərazi sıx olan yer deyil. Bunu “yolu bağlayıb”- deyə paylaşan adamların niyyəti xarabdır. Biz hər şeyi adminstrativ formada və icazəli edirik”.
Sözügedən görüntüləri təqdim edirik: Dördpendirli pizza
Telegram kanalımız