“Yolun başlanğıcındayıq” - Mirzoyan Azərbaycanla sülhdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Yolun başlanğıcındayıq” - Mirzoyan Azərbaycanla sülhdən danışdı

Siyasət

10 Sentyabr 2025 17:24 209


"Heç vaxt dost xalqlar arasında sülh bərqərar olunmur, əvvəllər qan, müharibə, münaqişə və s. yaşamış ölkələr və xalqlar arasında sülh müqaviləsi imzalanır. Biz bu yolun başlanğıcındayıq". 

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirozyan deyib.

"Əgər biz yaxın gələcəkdə sülh müqaviləsi imzalasaq, hələ deyə bilmərik ki, hər şey bitdi, sülh tam bərqərar oldu", - deyə o qeyd edib. Dördpendirli pizza

Mirzoyan bildirib ki, hazırda tərəflər bir-birinə atəş açmır, gərginliyin artması və qaynar münaqişə riski minimaldır, sıfıra meyllidir: "Əgər hər iki ölkə səmimiyyətlə deyirlərsə ki, biz sülhü bərqərar edəcəyik, bəlkə də ilk növbədə humanitar məsələləri həll etməyə dəyər, çünki bunlar həssas və insanlar üçün ağrılı məsələlərdir"./"Unikal"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!