“Yolun digər qolu Ermənistanı Azərbaycanla birləşdirəcək“ - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Yolun digər qolu Ermənistanı Azərbaycanla birləşdirəcək“ - Paşinyan

Rəsmi

17 Fevral 2022 13:35 4370


"Regional kommunikasiyaların açılması məsələsi kontekstində Ermənistan hökuməti Şimal-Cənub layihəsini Şimal-Cənub, Şərq-Qərb layihəsinə və ya bir sözlə, erməni qovşağına çevirib".

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.

“Şimal-Cənub layihəsi ilə bağlı regional kommunikasiyaların açılması ilə bağlı apardığımız son müzakirələr nəticəsində faktiki olaraq biz Şimal-Cənub, Şərq-Qərb layihəsində yenidən qeydiyyatdan keçmişik. Ümid edirik ki, bu layihə daha da sürətlə həyata keçiriləcək. Bu o deməkdir ki, bu yolun qollarından biri Ermənistanı İranla, digər qolu Ermənistanı Azərbaycanla, daha sonra isə Türkiyəni Naxçıvanla birləşdirəcək. Və biz bu layihəni bu ümumi kontekstdə yerləşdiririk”, - deyə Paşinyan fevralın 17-də ilkin seçim üçün tender elan edilən Şimal-Cənub layihəsinin Sisian-Kacaran hissəsinin tikintisinə toxunub. pizza sifarişi

O əlavə edib ki, Şərq-Qərb hissəsinin layihəsi hələ hazırlanmayıb, lakin siyasi razılaşmalar kontekstində bu hissəni çox sürətlə həyata keçirəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!