“Yolun sonuna yaxınlaşırıq” – Tramp Qəzzada sülh anonsu verdi!

saytların hazırlanması

Evə çatdırılma

“Yolun sonuna yaxınlaşırıq” – Tramp Qəzzada sülh anonsu verdi!

Dünya

05 İyul 2025 10:01 294


ABŞ-nin prezidenti Donald Tramp Yaxın Şərqdə baş verənlərə münasibət bildirərək, Qəzza ilə bağlı ümidverici açıqlama verib. O, gələn həftə bölgədə atəşkəs razılaşmasının əldə olunacağını iddia edib.

“Yaxın günlərdə Qəzza üçün böyük bir atəşkəs razılaşması gözlənilir. Bu məsələ üzərində ciddi danışıqlar gedir. Məncə, artıq yolun sonuna yaxınlaşırıq”, – deyə Tramp bildirib.

O, bu açıqlamanı Seçki mitinqində çıxışı zamanı səsləndirib. Qeyd edək ki, ABŞ-da prezident seçkilərinə az vaxt qalıb və Tramp hazırda Respublikaçıların namizədi olaraq kampaniyasını davam etdirir. pizza mizza

Trampın bu bəyanatı İsrail və HƏMAS arasında gedən dolayısı danışıqların nəticə verə biləcəyi ehtimallarını gücləndirib. Lakin rəsmi dairələr hələlik bu açıqlamaya reaksiya verməyib.

Rəvan Rzazadə

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!