YPG və PKK-nın Suriya qolu Öcalanın çağırışını dəstəklədi

saytların hazırlanması

Evə çatdırılma

YPG və PKK-nın Suriya qolu Öcalanın çağırışını dəstəklədi

Dünya

27 Fevral 2025 22:33 286


“YPG” terror təşkilatı “PKK” terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın tərəfdarlarını silahı yerə qoymaqla bağlı çağırışını dəstəkləyib.

“Report” “Cümhuriyyət”ə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat məsələləri üzrə məsul şəxsi Siyamend Eli açıqlama verib.

O bildirib ki, bu çağırış Türkiyə xalqı başda olmaqla regiondakı bütün xalqların sülh şəraitində yaşamalarına şərait yaradacaq: “Bu mesaj bizim üçün çox əhəmiyyətlidir. Bu, “savaş”ın dayandırılmasına hesablanmış ismarışdır”. Dördpendirli pizza

PKK terror təşkilatının Suriya qolu olan Suriya Demokratik Qüvvələrinin (SDQ) rəhbəri Ferhat Abdi Şahin isə bildirib ki, onların mövqeyi konstruktiv xarakterlidir: “Bu, sülh məsələsidir”.

Qeyd edək ki, Öcalan daha əvvəl tərəfdarlarını silahı yerə qoyaraq təslim olmağa çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!