Yük avtomobilindən 108 kq heroin aşkar edildi

saytların hazırlanması

Evə çatdırılma

Yük avtomobilindən 108 kq heroin aşkar edildi

Kriminal

16 İyun 2020 15:48 1131


Gömrükçülərin sayıqlığı nəticəsində İran İslam Respublikası ilə sərhəddə yük avtomobilindən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DGK-dən Yenisabah.az-a verilən məlumata görə, Azərbaycandan tranzit keçməklə İran İslam Respublikası Astara şəhərindən Ukrayna Respublikasının  Kiyev şəhərinə  yemiş, pomidor və badımcandan ibarət tərəvəz  yükü aparan  “Scania” markalı “AT1682CI/AT0023XT” dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və avtomobilə gömrük yoxlaması tədbiq edilib.

Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük boşaldılıb.  Təkrar yoxlama zamanı xidməti it 11 paletdə qablaşdırılan badımcan yükünə yenidən reaksiya verdiyindən xüsusi texniki nəzarət vasitələri ilə əsaslı yoxlama aparılıb. Toyuqlu pizza

Nəticədə standart ölçülü plastik yeşiklərin  100 ədədində  “örtücü mal” qismində istifadə olunmaq məqsədilə yığılmış “badımcanların” altında, hər yeşikdə 2  ədəd olmaqla, ümumilikdə 200 ədəd yastı - düzbucaqlı formalı bağlamalar aşkar edilib. Baxış zamanı bağlamalarda preslənmiş halda, ümumilikdə 108 kiloqram  spesifik qoxu ilə müşayiət olunan, açıq-qəhvəyi rəngli  narkotik vasitə-heroinin qablaşdırıldığı məlum olub.

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!