Yük maşını evə çırpıldı: Xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Yük maşını evə çırpıldı: Xəsarət alan var

Hadisə

08 Mart 2025 16:21 312


Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Shacman" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı evə çırpılıb. Marqarita pizza

Qəza zamanı yük maşını aşıb, yük yerində olan torpaq əraziyə dağılıb. Həmçinin evin hasarı uçub. Yük maşınının evin hasarına çırpılması zamanı bir nəfər yüngül xəsarət alıb.

İlkin məlumata görə, qəzaya səbəb sürücün sərt döngədə düzgün manevr etməməsi olub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!