Nəhayət “zaryatka”ya öz dilimizdə ad tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Nəhayət “zaryatka”ya öz dilimizdə ad tapıldı

Sosial

01 Avqust 2019 10:24 2202


Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti sentyabrda çapa veriləcək.

"Yeni Sabah" xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, çapa veriləcək orfoqrafiya lüğətində yeni sözlər öz əksini tapacaq: pizza sifarişi

“Biz yeni yaradılan sözləri ictimaiyyətin müzakirəsinə veririk. Bunların bəziləri müsbət qarşılanır, bəzilərinə ögey münasibət olur. Amma bizdə də qonşu ölkələrdə olduğu kimi bu təcrübədən istifadə edilir.

Misal üçün, “adapter” – yükləyici, “zaryatka” – yükləmə, “razetka” – yuvacıq, “udlinitel” – uzadıcı, proqnoz – öncəgörmə kimi təklif olunub. Öncəgörmə deyəndə hamının ağlına fala baxmaq gəlir, ancaq bu söz yazılı abidələrimizdə də işlənib”.

Akademik əlavə edib ki, köhnə orfoqrafiya lüğətində narazılıq yaradılan sözlər çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!