Yüksək vəzifə verilən Fərid Əsgərov kimdir? - DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Yüksək vəzifə verilən Fərid Əsgərov kimdir? - DOSYE

Siyasət

30 İyun 2025 17:32 60255


Prezidentin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub. Bu vəzifəyə Fərid Əsgərov təyin edilib.  F.Əsgərov bu təyinatadək PTX rəisinin müavini idi. 

Yenisabah.az PTX-nin yeni rəisi Fərid Əsgərovla bağlı maraqlı faktları təqdim edir:

Polkovnik Fərid Əsgərov Azərbaycan Milli Karate Federasiyasının sabiq I vitse-prezidentidir.  O, "Paşa Holdinq"də işlədiyi vaxtda – 2017-ci ildə Yaşar Bəşirovun prezidenti olduğu Azərbaycan Milli Karate Federasiyasının I vitse-prezidenti seçilib.  pizza

Federasiyanın indiki "ASK Arena"da yerləşən ofisində keçirilmiş səsvermə prosesində sabiq gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin sabiq İdman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Karate Federasiyaları Assosiasiyasının (indiki Azərbaycan Karate Federasiyası) prezidenti Ülvi Quliyev də iştirak edib.

F.Əsgərovun əsas məqsədi Tokio Olimpiadasında debüt etməyə çalışan idman karatesinə (WKF) maliyyə ayırmaq olub. O, 2023-cü ilədək bu vəzifədə çalışıb.

Qeyd edək ki, Fərid Əsgərovun qardaşı Əli Əsgərov isə 2022-ci ildən Bakı İdman Sarayının direktorudur.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ferqan Kerimli
    Salamu Aleykum Men Kerimli Ferqan Elsad Oglu. Goycay Rayonunda Yasayiram. Men PTX Reisi Ferid Esgerovla Gorusmek Isteyirem. Xahis edirem Meni Reisle gorusdurun. Elaqe Nomrem : +99450 675-30-04.
    10 months ago
  • Abdulkərimov
    Allah xeyirli eləsin , prezidentimizi mükəmməl qorusun . Uğurlar .
    10 months ago