Yüksək vəzifəyə təyin edilən Sadiq Yolçuyevlə bağlı   MARAQLI MƏLUMATLAR

saytların hazırlanması

Evə çatdırılma

Yüksək vəzifəyə təyin edilən Sadiq Yolçuyevlə bağlı MARAQLI MƏLUMATLAR

Siyasət

25 Fevral 2026 19:41 1920


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azerbaijan International Telecom” (AzInTelecom) MMC-nin İdarə Heyətinə yeni üzv təyin edilib.

"Yeni Sabah" xəbər verir ki, bu vəzifəyə Sadiq Yolçuyev gətirilib. O, 2022-ci ilin dekabr ayından 2024-cü ilin noyabr ayına qədər “AzInTelecom” MMC-də İdarə Heyətinin müşaviri vəzifəsində çalışıb.

Sadiq Yolçuyev 2021–2022-ci illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzində Baş informasiya təhlükəsizliyi mütəxəssisi, 2013–2021-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində İnformasiya texnologiyaları şöbəsinin müdir müavini, 2004–2013-cü illərdə isə Azərbaycan Mərkəzi Bankında böyük təhlükəsizlik inzibatçısı vəzifələrində fəaliyyət göstərib. pizza mizza

O, Bakı Dövlət Universitetində “Tətbiqi riyaziyyat və iqtisadi kibernetika” ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət Neft Akademiyasında isə “Avtomatlaşdırılmış dizayn sistemləri” ixtisası üzrə magistr dərəcəsi alıb.

Qeyd edək ki, “AzInTelecom” MMC bulud həlləri, Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafiki, biznes həlləri, informasiya təhlükəsizliyi xidmətləri, SİMA rəqəmsal həllər platforması və mərkəzləşdirilmiş informasiya sistemləri istiqamətlərində fəaliyyət göstərir./Kredit.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!