Yüksək vəzifəyə təyinat alan şəxs kimdir? - DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Yüksək vəzifəyə təyinat alan şəxs kimdir? - DOSYE

Maraqlı

30 Dekabr 2022 17:43 1538


Bu gün Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Vahid Rasim oğlu Hacıyevin Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqda sərəncam imzalayıb. 

Yenisabah.az Oxu-ya istinadla xəbər verir ki, Vahid Hacıyevin dosyesini təqdim edir.

V.Hacıyev Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsillərini alıb.  pizza

2017-2019-cu illərdə Varvik Universitetinin Varvik biznes məktəbində biznes idarəçiliyi üzrə magistr təhsili alıb. 

Vahid Hacıyev daha əvvəl neft sektorunda fəaliyyət göstərib. 

O, 13 il "bp Azərbaycan" şirkətində müxtəlif yüksək vəzifələrdə çalışıb.

V.Hacıyev ticarət əməliyyatları kəşfiyyatı üzrə biznes-menecer, daha əvvəl isə aparat rəhbəri olub.

Daha sonra "Agro Dairy" MMC-nin qanuni təmsilçisi və icraçı direktoru olub. 

V.Hacıyev bu təyinata qədər Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!