“Yüksəliş” müsabiqəsində 3000 nəfərdən çox şəxs qeydiyyatdan keçib

saytların hazırlanması

Evə çatdırılma

“Yüksəliş” müsabiqəsində 3000 nəfərdən çox şəxs qeydiyyatdan keçib

Sosial

07 Yanvar 2020 15:39 1185


“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsində bayram günlərində də yüksək fəallıq müşahidə olunub.

"Yeni Sabah" xəbər verir ki, son 10 gündə 3000 nəfərdən çox şəxs müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçib.  

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-də bitəcək. Müsabiqədə 21-51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Sezar pizza

Müsabiqəyə qoşulmaq istəyən gəncləri daha çox maraqlandıran onlardan ən azı 2 il idarəçilik təcrübəsinə malik olmağın tələb edilməsidir. Müsabiqənin mətbuat xidmətindən bildirilib ki, qeydiyyat mərhələsində namizədlərin istənilən sahədə qazandığı idarəçilik təcrübəsi nəzərə alınır. 21 yaşlı vətəndaş hər hansı ictimai birlikdə və yaxud təhsil aldığı illərdə hər hansı işdə çalışa bilər. Məsələn, ali təhsil müəssisəsini yeni bitirmiş gənclərin tələbə təşkilatlarında, tələbə klublarında, könüllülər hərəkatında idarəetmədə təmsil olunması da təcrübə kimi qəbul ediləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!