“Yüksəliş” müsabiqəsinə qatılmaq istəyənlərin nəzərinə!

saytların hazırlanması

Evə çatdırılma

“Yüksəliş” müsabiqəsinə qatılmaq istəyənlərin nəzərinə!

Sosial

07 Yanvar 2020 10:15 1215


Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə dekabrın 27-dən etibarən başlanılıb.

"Yeni Sabah" xəbər verir ki, müsabiqə üçün yaradılmış sistemin xüsusiyyətlərini, eyni zamanda, növbəti mərhələlərin onlayn olmasını, Şəxsi Kabinetin funksionallığını nəzərə alaraq, mobil cihazlardan qeydiyyatdan keçmək mümkün deyil. Qeydiyyat üçün sayta kompüter vasitəsilə daxil ola bilərsiniz.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi idarəetmə bacarığı və intellektual səviyyəsi yüksək olan perspektivli şəxslərin müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da ölkədə kadr ehtiyatı bankının yaradılmasına təmin edən açıq müsabiqədir. pizza hut

Müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. İdarəetmə təcrübəsi dedikdə, mülkiyyət formasından asılı olmayaraq işlədiyi qurumda rəhbərlik mövqeyində praktiki təcrübəyə malik, bir və ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların və s.-in idarə olunması nəzərdə tutulur.

Müsabiqənin yekunlarına əsasən, qalib elan edilmiş 20 iştirakçıya müvafiq təlim proqramından keçmək üçün 20 min manat məbləğində qrant təqdim olunacaq. Bundan başqa, onlar idarəedici kadr heyətinin inkişafına dair proqramlara və İdarəçi rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulmaq imkanı qazanacaqlar.

https://www.facebook.com/yuksalishmusabiqesi/

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!