“Yüksəliş” müsabiqəsinin mentorluq proqramının əlaqələndirici şəxsləri ilə görüş keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Yüksəliş” müsabiqəsinin mentorluq proqramının əlaqələndirici şəxsləri ilə görüş keçirildi - Fotolar

İqtisadiyyat

27 Aprel 2022 19:12 544


Aprelin 27-də “Yüksəliş” müsabiqəsinin mentorluq proqramının əlaqələndirici şəxsləri ilə görüş keçirilib. 

“Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev qaliblərə təqdim olunan 1 illik özünüinkişaf proqramının gedişatı ilə maraqlanıb. Görüşdə iştirak edən ötən ilin “Yüksəliş” müsabiqəsinin qalibləri Güldənə Hidayətli və Orxan Quliyev hazırda davam edən mentorluq proqramı barədə ətraflı məlumat veriblər, təklif və təcrübələrini paylaşıblar.

Görüşdə “Yüksəliş” müsabiqəsi tərəfindən həyata keçirilən işlər haqqında ümumi məlumat təqdim olunub. Həmçinin, qaliblər və mentorlar arasında əlaqələrin gücləndirilməsi, o cümlədən, qarşıdan gələn ikinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramının effektivliyini artırmaq istiqamətində fikir mübadiləsi aparılıb.  pizza sifarişi

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!