Məlum olduğu kimi, “Yüksəliş” müsabiqəsində qeydiyyat mərhələsini uğurla başa vuran iştirakçılar onlayn seçim mərhələsində iştirak etmək hüququ qazanırlar.
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən "Yeni Sabah"a daxil olan məlumata görə, bu mərhələdə iştirakçıların tələb olunan intellektual biliklərə sahib olması, idarəçi olmaq üçün lazımi xüsusiyyətləri əhatə edən şəxsi keyfiyyətləri qiymətləndirilir. Onlayn test tapşırıqları iki hissəyə bölünməklə ümumi biliklər (Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, hüquq və iqtisadiyyatı) və qabiliyyət testləri (verbal və rəqəmsal məlumatların təhlili, mücərrəd düşüncə, düşüncə sürəti) formatında keçiriləcək.
İmtahanlara hazırlaşmaq üçün müvafiq proqram və ədəbiyyat siyahısı ilə buradan tanış ola bilərsiniz. Pepperoni pizza
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün qeydiyyat 2020-ci il 2 fevral saat 18.00-dək davam edəcək. Müsabiqə haqqında ətraflı məlumatı yukselish.az saytından əldə edə bilərsiniz.
Telegram kanalımız