Yunanlar almanları ötüb keçdi

saytların hazırlanması

Evə çatdırılma

Yunanlar almanları ötüb keçdi

Dünya

03 Aprel 2025 17:15 230


Yunanıstan növbəti 10 il üçün hərbi hava qüvvələrinin inkişafı üçün 25 milyard avro vəsait ayırıb. Afina hökuməti bu addımı yaxın gələcəkdə meydana çıxa biləcək Türkiyə təhlükəsi ilə əlaqələndirib.

Yenisabah.az xəbər verir ki, son illər hərbi sahəyə ciddi investisiyalar xərcləyən Yunanıstan hava qüvvələri seqmentində Avropa Birliyində sadəcə Fransadan geri qalır. Yunanlar hərbi hava gücünə görə, Almaniya, İtaliya və İspaniyanı qabaqlamağı bacarıb. 

Qeyd edək ki, Yunanıstan silahlı qüvvələrinin balansında aktiv 200 minlik hərbi kontingent mövcuddur. İstənilən qaynar müharibə şəraitində bu rəqəm 750 minədək artırıla bilər. Afina və Ankara eyni hərbi blokun (NATO) tərkibində olsa da, tez-tez siyasi və hərbi krizislərlə qarşı-qarşıya gəlir. Marqarita pizza

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!