“Yunayted”də işə başlamamış “Siti”yə dərs verdi

saytların hazırlanması

Evə çatdırılma

“Yunayted”də işə başlamamış “Siti”yə dərs verdi

İdman

06 Noyabr 2024 12:14 759


UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Sportinq" turnirin favoritlərindən sayılan "Mançester Siti"ni 4:1 hesabı ilə məğlub edib.

Yenisabah.az xəbər verir ki, Portuqaliya klubunun çalışdırıcısı Ruben Amorim "Mançester Siti"nin əzəli rəqibi olan "Mançester Yunayted"ə baş məşqçi təyin edilib. 39 yaşlı mütəxəssis yeni işinə noyabrın 11-dən başlayacaq.

Amorim  "Mançester Yunayted"dəki işinə başlamamış artıq "Siti"yə ağır zərbə vurub. Lissabonda keçirilən görüş həm də "Mançester Siti" üçün 6 ildən sonra antirekord kimi yadda qalıb. "Şəhərlilər" 2018-ci ildən bəri ilk dəfə ardıcıl 3 oyunda məğlub olur. Toyuqlu pizza

"Sportinq" hazırda ÇL-də 10 xalla 2-ci, "Mançester Siti" isə 7 xalla 6-cı pillədə qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!