“Yurqorden”in baş məşqçisindən Musa Qurbanlı açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

“Yurqorden”in baş məşqçisindən Musa Qurbanlı açıqlaması

İdman

28 Avqust 2023 14:36 552


İsveçin "Yurqorden" komandasının baş məşqçisi Tomas Laqerlöf futbolçusu Musa Qurbanlı haqda fikirlərini bildirib. 

“Yurqorden” dünən İsveç çempionatının 21-ci turunda “Deqefors”a qalib gəlib (4:1). M.Qurbanlı bu matçda 2 qol vurub, 1 qolun isə ötürməsini edib. Bu, onun yeni qoşulduğu İsveç çempionatında ilk qolları olub.

Qol.az İsveç mətbuatına istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Tomas Laqerlöf Musa və yeni müdafiəçiləri Samuel Dal barədə danışıb. O, hər iki futbolçusunun oyunundan razılığını bildirib. Toyuqlu pizza

"Onların qələbədə əməyi çox oldu. Musa meydanda çox olduqca daha da yaxşı oynamağa başlayır. O, öz işini görür, komandanın ritminə daxil ola bilib, futbolçu yoldaşlarını tanımağa başlayıb" - deyə baş. məşqçi qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!