Yusif Mustafayev məscid tikdirdi

saytların hazırlanması

Evə çatdırılma

Yusif Mustafayev məscid tikdirdi

Şou

30 Aprel 2024 20:26 1097


"Azərbaycanın hər yerinə qurban olum, amma Cəlilabadın Hacıismayıllı kəndinə gedəndə elə bilirəm ki, dünyanın ən gözəl yerindəyəm. Adamın doğulduğu yer onun üçün müqəddəs olur".

Yenisabah.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev “Qonaqcanlı” verilişində deyib. Proqaramda qonaq olan aşıq Zülfiyyə İbadova isə sənətçinin Cəlilabadda məscid tikdirdyini bildirib. Müğənni isə bunun uşaqlıq arzularından biri olduğunu deyib:

"O vaxt kasıb olmuşuq, uşaq vaxtı arzularım çox idi. Allah arzularıma çatdırdı. Kəndimizdə 60 ev var, oraya 16 bulaq çəkdirmişəm. Hamı suyu götürür və deyir ki, "Allahım, sən Yusifin köməyi ol". Kəndi işıqlandırmışam, axşam bütün kənd işığa qərq olur. Kəndə gözəl asflalt çəkdirmişəm. Mən qazancımı, Allahın yolunda xərcləyirəm". Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!