Bu il ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox qoyulan ad yenə də Yusif olub.
“Yeni Sabah” xəbər verir ki, Trend-in Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu il ərzində Yusif adı 1160 uşağa qoyulub.
Oğlan uşaqlarına Yusifdən sonra ən çox qoyulan adlar Əli (1065), Hüseyn (914), Uğur (891), Ömər (660), Məhəmməd (656) olub. Marqarita pizza
Bu il qızlara ən çox verilən ad isə Zəhra olub ki, bu, ötən müddətdə 1188 yenidoğulan qıza qoyulub.
Ümumilikdə, ötən müddətdə qızlara qoyulan ən məşhur adlar Zəhradan sonra Aylin (781), Nuray (763), Zeynəb (761), Məryəm (743), Mələk (660), Fatimə (644) və s. olub.
Telegram kanalımız