"Yuventus"un futbolçusu Matteyis de Liqtin transfer qiyməti məlum olub.
Yenisabah.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Bildirilib ki, 2022-ci ilin yayından etibarən De Liqtin müqaviləsindəki təzminat qarşılığında transfer seçimi qüvvəyə minəcək. Onun satış dəyəri 150 milyon avro olacaq.
22 yaşlı müüdafiəçinin sözləşməsinin müddəti 2024-cü ilin yayına qədərdir. Onun agenti Mino Rayola artıq klubla müqavilənin müddətini uzatmaq üçün müzakirələr aparır. pizza
Qeyd edək ki, De Liqt 2019-cu ildən Turin təmsilçisində oynayır.
Telegram kanalımız