“Yuventus” Ronaldonun yerinə adam tapıb

saytların hazırlanması

Evə çatdırılma

“Yuventus” Ronaldonun yerinə adam tapıb

İdman

21 May 2021 10:40 1206


“Barselona”nın futbolçusu Antuan Qrizmann bu yay “Yuventus”a keçə bilər.

Yenisabah.az xəbər verir ki, Turin klubu fransalı hücumçuya komandanı tərk edəcəyi gözlənilən Kriştiano Ronaldonun əvəzləyicisi kimi baxır.

“Yuventus”un maliyyə problemləri ilə üzləşməsinə görə, Qrizmannın bu kluba satınalma şərtilə icarəyə veriləcəyi daha real görünür. Pepperoni pizza

Xəbərdə bildirilib ki, “Barselona”nın hücumçular Serxio Aquero və Memfis Depayla razılaşmasını nəzərə alsaq, Qrizmannın gedişi komandaya təsir etməyəcək.

Qeyd edək ki, Qrizmann bu mövsüm La Liqada 35 oyuna 12 qol vurub, 7 qol ötürməsi edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!