"Yuventus" baş məşqçi Mauritsio Sarrini istefaya göndərib.
Yenisabah.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib. 61 yaşlı mütəxəssis "Yuventus"a 16 iyun 2019-cu ildən rəhbərlik edirdi.
Onun rəhbərliyi altında komanda ardıcıl 9-cu mövsüm İtaliya çempionluğu əldə edib. Lakin ölkə kubokunun finalında "Qoca Sinyora" "Napoli"yə uduzub. Toyuqlu pizza
Turin təmsilçisi Çempionlar Liqasının 1/8 finalında isə Fransa "Lion"u ilə bacarmayıb. "Yuventus" səfər qolu prinsipi əsasında mübarizədən kənarlaşdırılıb - 0:1, 2:1.
Telegram kanalımız