Yuxarı Lars yük maşınları üçün bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Yuxarı Lars yük maşınları üçün bağlandı

Dünya

07 Dekabr 2025 21:21 804


Yuxarı Lars keçid məntəqəsi Gürcüstandan Rusiyaya gedən ağır yük maşınları üçün bağlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Gürcüstan Avtomobill Yolları Departamentinin məlumatında deyilir.

"Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri üçün müvəqqəti olaraq bağlanıb. Keçid minik avtomobilləri üçün açıqdır”, - deyə bildirilib. Sezar pizza

Qeyd edək ki, Yuxarı Lars keçid məntəqəsi hazırda Ermənistanı Rusiya ilə (Gürcüstan vasitəsilə) birləşdirən yeganə quru yoludur./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!