Müğənni Gülay Zeynallı həyat yoldaşı ilə bağlı açıqlamaları ilə gündəmə gəlib.
Yenisabah.az xəbər verir ki, MTV-də yayımlanan "Söhbətsiz" proqramının qonağı olan ifaçı O, idmançı həyat yoldaşı Kamil Zeynallı ilə bağlı suallara əsəbiləşib:
"Adam gündəmdən düşmür. O qədər dedilər ki, axır uşaq idmanı da atdı. İndi insanlar şəxsi həyatları dinləməyi çox sevirlər. Mən danışmaq istəmirəm, hörmət edin. Qoy, qızım atasıyla çox olsun. Qız uşağının üstündə ata vahiməsinin olması yaxşıdır”. Dominos pizza
G.Zeynallı fədakar ana olduğunu deyib:
“Özünü fəda edən həyat yoldaşı, ana və övladam. Canımı, sağlamlığımı, bəzən də yuxumu fəda edirəm. Özümə qıyıram. Nəticə yaxşı, yoxsa pis olursa, deyə bilmərəm. Övladıma yaxşı ana olmağa çalışmışam. Bəzi sənət adamları var ki, toy qurtaran kimi ora-bura gedirlər. Mən dostlarımla hara gedirəmsə, uşağım da yanımda olur".
Telegram kanalımız