Hər dəfə Bakıda güclü külək əsəndə ətrafı toz-duman bürüyür, göz-gözü görmür, avtomobil qəzaları baş verir. Paytaxtdakı tozun əsas mənbəyi kimi isə aramsız davam edən tikinti işləri və daş karxanaları göstərilir. Bakı ətrafında fəaliyyət göstərən onlarla daş karxanaları arada bir cərimələnsələr də yenə də öz fəaliyyətlərinə davam edirlər.
Bakını tozdan xilas etmək üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı “Yeni Sabah”a danışan ekoloq Telman Zeynalovun sözlərinə görə, daş karxanalara tətbiq olunan cərimələr 100 minlərlə manata qaldırılmalıdır: pizza mizza
“Bakı ətrafında nə qədər istəyirsiz daş karxanaları mövcuddur. Qaradağ rayonunda 100-lərlə saymaq olar. Nə qədər təbiəti dağıtmaq olar? Nə qədər pul qazanmaq olar? Yaxşı, bu daş karxanalar işləsin, amma tozanaq üçün nasoslar quraşdırsınlar. Külək qalxdıqda, bu karxanaların üstü örtülməlidir. Nə ilə örtəcəklərini otursunlar düşünsünlər. Bunun kimi dünyada yüzlərlə proseslər baş verir amma onlar heç ətrafı çirkləndirmirlər".
Ekoloqun fikrincə Bakını toza qərq edən başqa səbəblər də var:
"Ağacları da kəsiblər, tozun önünü ala bilmirlər. Sovet dövründə də tozanaq var idi. Amma o vaxt bütün magistral yollar yuyulurdu. İndi baxan yoxdu. Şəhər İcra hakimiyyəti hara baxır?".
Ekoloq yaranmış vəziyyətə nəzarət üçün yeni bir qurum yaradılmasını məsləhət görüb:
“Əgər dövlətin yanında vəziyyətə real formada nəzarət edən qurum yaradılsa, Bakını çiçəyə çevirərlər, camaat tozanaq içində qalmaz. Ekologiya Nazirliyi daş karxanalarını cəriməyir, amma 2000, 3000, 5000 manat. Bu elə də böyük məbləğ deyil. Yüz minlərlə manat cərimə yazsınlar, görüm onda da belə tozanaq olacaq? Bir də belə şeyə cürət edə bilməzlər”.
Sabrina
Telegram kanalımız