“Yüz minlərlə ukraynalı gələcək” – Orban Avropanı xəbərdar etdi

saytların hazırlanması

Evə çatdırılma

“Yüz minlərlə ukraynalı gələcək” – Orban Avropanı xəbərdar etdi

Dünya

20 İyun 2025 14:38 388


Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına daxil olmasına qarşı çıxmasının səbəblərini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna üzvlük əldə edərsə, bu, Macarıstanın daxili bazarına və sosial sabitliyinə ciddi zərbə vura bilər.

Yenisabah.az xəbər verir ki, Orban bildirib ki, Ukraynadan idxal ediləcək ucuz taxıl Macarıstan fermerlərini çökdürə bilər: “Əgər Ukraynadan ucuz taxıl bazara daxil olsa, fermerlər məhsullarını çox aşağı qiymətə satmağa məcbur qalacaqlar".

Bundan əlavə, o, əmək bazarında yaranacaq təzyiqlərə də diqqət çəkib. Orbanın sözlərinə görə, əgər Ukrayna 2026–2030-cu illər arasında Aİ-yə daxil olsa, Macarıstan yüz minlərlə ucuz işçi qüvvəsi ilə üzləşəcək: pizza mizza

“Hazırda bir işçi 600–700 min forintə ofisiantlıq edirsə, ukraynalılar bunu 500 minə görməyə razı olacaq və o insan işini itirəcək. Beş nəfər yox, yüz minlərlə ukraynalı gələcək – çünki maaş fərqi çox böyükdür”./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!