Yüzlərlə həyətyanı sahə su altında qaldı -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Yüzlərlə həyətyanı sahə su altında qaldı - FOTOLAR

Hadisə

13 Oktyabr 2024 19:48 1344


“Hacıqabulda 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr su içindədir. İki-üç günə suların təmizlənməsi problemi həll olunacaq”.

Yenisabah.az xəbər verir ki, bu barədə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov məlumat verib.

Onun sözlərinə görə, dünən səhər saatlarında başlanan leysan yağışlar nəticəsində 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr subasmaya məruz qalıb. Hazırda rayona cəlb edilmiş FHN-nin əməkdaşları tərəfindən həyətlərdə yığılıb qalmış sel-suların çəkilməsi prosesi həyata keçirilir. Bunun üçün həyətlərə su nasosları quraşdırılıb. Marqarita pizza

Təbii fəlakət nəticəsində enerji verilişində fasilələr yaranmışdı. Artıq enerjinin verilişi bərpa olunub, bununla bağlı problem qalmayıb.

“Hesab edirəm ki, iki-üç gün müddətində həyətlərdəki sular çəkilərək insanlar yenidən normal həyata qayıdacaqlar”, –icra başçısı bildirib./Report

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!