Zabitlərin hazırlanmasında Türkiyə modelindən istifadə olunur - Nazir

saytların hazırlanması

Evə çatdırılma

Zabitlərin hazırlanmasında Türkiyə modelindən istifadə olunur - Nazir

Maraqlı

07 Aprel 2023 15:05 679


Aprelin 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Komando Dağ Təlim Mərkəzini ziyarət edib.

Yenisabh.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir qeyd edib ki, Ali Baş Komandanın göstərişinə uyğun olaraq Azərbaycan Ordusunda bütün sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də həyata keçirilən islahatlar davam etdirilir. Peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunur və bu prosesin həyata keçirilməsində komando hazırlığı mütləqdir. pizza mizza

General-polkovnik Z.Həsənov qeyd edib ki, Aprel döyüşləri, Günnüt əməliyyatı, Vətən müharibəsi və sonrakı əməliyyatlarda Azərbaycan Ordusu öz qüdrətini bütün dünyaya sübut etdi. Ordumuzun daha da qüdrətlənməsi və inkişaf etməsi istiqamətində görülən işlər hazırda da davam etdirilir. Nazir xüsusi vurğulayıb ki, bu gün bütün hərbi qulluqçularla yanaşı hərbi institutda təhsil alan gələcəyin zabitləri də öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!