Zabratda 800 kvadrat metr ərazi yandı

saytların hazırlanması

Evə çatdırılma

Zabratda 800 kvadrat metr ərazi yandı

Hadisə

12 Yanvar 2024 00:47 499


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Pepperoni pizza

Yanğın nəticəsində 800 kv.m. sahədə kol-kos və qamışlıq ərazi yanıb, yaxınlıqdakı tikililər və yaşayış evləri yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!