Bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan, ermənilərin qanunsuz məskunlaşdığı Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil veriləcək.
“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə Azərbaycanlıların Zabux kəndinə daxil olmasının videosu paylaşılıb. Hələlik bu haqda hər hansı rəsmi açıqlama yoxdur.
Bildirək ki, Azərbaycan tərəfi ermənilərə həmin yaşayış məntəqələrini tərk etmələri üçün avqustun 25-nə kimi vaxt vermişdi. Artıq erməni ailələri Laçını tam tərk ediblər. Pepperoni pizza
Telegram kanalımız