“Sərəncamda da göstərildiyi kimi, Əfv Komissiyasına məhkumların özlərinin, onların yaxın adamlarının və Ombudsmanın müraciəti əsasında qaydalara uyğun olarsa baxılır. Cinayət Məcəlləsinin bəzi maddələr üzrə cəzaçəkmə müddətinin yarısı, bəzi maddələr üzrə üçdə biri keçməlidir ki, məhkumun Əfv Komissiyasına müraciət etmək hüququ yaransın”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Əfv komissiyasının üzvü Rəşad Məcid deyib.
O qeyd edib ki, ümumi götürdükdə, ehtiyatsızlıqdan yaranan qəzalara görə müraciətlər çoxluq təşkil edib: Marqarita pizza
“Zahid Oruc yəqin ki, etibarlı mənbələrə əsaslanaraq bu fikirləri ifadə edib. Amma ümumi götürdükdə, ehtiyatsızlıqdan yaranan qəzalara görə müraciətlər çoxluq təşkil edib. Son illər bir sıra hallarda cəzanın çəkilməmiş hissəsinin yarıya qədər azaldılmasına üstünlük verilir”.
Rəşad Məcid Zahid Orucun əfv edilmiş şəxslərin təkrar cinayət törətməməsi barədə iddiasını cavabsız saxlayıb.
O vurğulayıb ki, Əfv Komissiyasının üzvləri vaxtaşırı yenilənir:
“Komissiyada həm Milli Məclisi təmsil edən deputatlar, həm də vətəndaş cəmiyyətlərinin nümayəndələri var. Son illər bu dəyişikliklər mütəmadi həyata keçirilir. Yeni şəxslər Əfv Komissiyasının üzvlüyünə təyin olunurlar”
Xatırladaq ki, Əfv Sərəncamının imzalanmasından əvvəl komissiya üzvü olan Zahid Oruc bildirib ki, 7 iclasda 700-dən çox müraciətlərin çoxu piyada ölümünə görə cəza çəkən sürücülərdən olub.
Bundan əlavə, o iddia edib ki, indiyədək əfv edilmiş 9 min şəxsdən heç biri təkrar cinayət törətməyib.
Mayın 26-da Prezident sərəncamı ilə əfv edilmiş 147-dən yalnız 10 nəfər çəzaçəkmədən tam azad edilib.
Komissiya siyahıları ilə müraciət etmiş bəzi QHT-lər qurumun fəaliyyətinə irad tutublar. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə komissiyanın tərkibinin yenilənməini təklif edib.
Nazim Hacıyev
Telegram kanalımız