Zahid Orucdan qalmaqallı qanun layihəsi ilə bağlı açıqlama: “Bu, repressiya...”

saytların hazırlanması

Evə çatdırılma

Zahid Orucdan qalmaqallı qanun layihəsi ilə bağlı açıqlama: “Bu, repressiya...”

Siyasət

30 İyun 2026 12:28 817


"Psixiatriya yardımı haqqında" qanuna təklif edilən dəyişikliklər insan azadlığı, şəxsi toxunulmazlıq, rəsmi orqanların müdaxiləsinin sərhədləri və cəmiyyətin təhlükəsizliyi kimi olduqca həssas məsələləri əhatə edir. Ağır psixi pozuntu keçirən, özünə və ya ətrafdakılara təhlükə yaradan bir insanla qarşılaşdıqda rəsmi orqanlar iki seçimlə üz-üzə qalır: ya müdaxilə etməlidirlər, ya da kənarda dayanmalıdırlar. Lakin "şəxs razılıq vermədi" deyərək hadisəni sadəcə izləmək əslində məsuliyyətdən imtina deməkdir".

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc bildirib.

O vurğulayıb ki, layihədə psixiatriya yardımı haqqında məlumatların elektron sağlamlıq kartında saxlanılması, şəxsin həmin məlumatları elektron sistem vasitəsilə əldə etməsi, qanuni nümayəndəyə məlumatların iki iş günü ərzində verilməsi, müalicədən imtinanın sistemdə rəsmiləşdirilməsi, tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxslərin digər pasiyentlərlə birgə müalicə olunması, yaxın qohumların və qanuni nümayəndələrin dərhal məlumatlandırılması kimi müddəalar yer alıb: Dominos pizza

"Göründüyü kimi, bunlar tibbi prosesin sənədləşdirilməsinə, izlənməsinə və məsuliyyətin artırılmasına xidmət edən son dərəcə mühüm tədbirlərdir. Lakin layihə ilə bağlı süni şəkildə ajiotaj yaradılır. Qanunun guya dövlət hakimiyyəti orqanları tərəfindən siyasi məqsədlərlə istifadə olunacağı, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin razılığı olmadan psixiatriya müayinəsinə göndərilməsi ilə bağlı kampaniya aparılır.

Müzakirə olunan qanun layihəsini guya repressiya aləti kimi təqdim edənlər, siyasi rəqiblərə qarşı tətbiq ediləcəyini iddia edənlər, əslində, zəhmət çəkib layihəni diqqətlə oxusalar, üç mühüm məqamı aydın görərlər. Birincisi, söhbət istənilən vətəndaşdan və ya siyasi fəaldan getmir. Söhbət barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən gedir. İkincisi, psixiatriya yardımının göstərilməsi yalnız şəxsin özünün və ya başqa şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratdığı hallarda mümkündür. Üçüncüsü, prokuror və ya digər səlahiyyətli vəzifəli şəxs psixi xəstəlik diaqnozu qoymur. O, yalnız psixiatriya müayinəsinin aparılması barədə qərar verir. Psixi pozuntunun olub-olmamasını isə yalnız həkim-psixiatr müəyyənləşdirir.

Deməli, inzibati orqanın qərarı tibbi diaqnoz hesab edilmir. Müayinə hospitalizasiya demək deyil. Hospitalizasiya da müddətsiz azadlıqdan məhrumetmə kimi qiymətləndirilə bilməz. Qüvvədə olan qanunvericiliyə əsasən, qeyri-könüllü qaydada psixiatriya stasionarına yerləşdirilən şəxs 48 saat ərzində həkim-psixiatr komissiyası tərəfindən müayinə olunmalı, hospitalizasiyanın əsaslılığı müəyyənləşdirilməli və məsələ məhkəməyə çıxarılmalıdır. Göründüyü kimi, şəxsin müdafiə hüququ tam təmin olunur".

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!