Zakir Həsənov:   “Müharibədən sonra peşəkar Ordu formalaşıb“

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov: “Müharibədən sonra peşəkar Ordu formalaşıb“

Maraqlı

06 Noyabr 2022 11:10 1024


Vətən müharibəsindən sonra aparılan yeni islahatlar peşəkar Ordunun formalaşmasına səbəb olub.

Yenisabah.az xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində keçirilən “Dəniz Komando Təməl” və "Sualtı hücum xüsusi təyinatlısı" kurslarının növbəti buraxılış mərasimində deyib.

Nazir qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə məzunları və bütün şəxsi heyəti təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb. pizza sifarişi

Həmçinin, Z.Həsənov dəniz xüsusi təyinatlıları ilə görüşərək Vətən müharibəsi zamanı onların şücaətinin təqdirəlayiq olduğunu bildirib. Dəniz xüsusi təyinatlılarının göstərdikləri qəhrəmanlıqlara görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin onların hər birinə yüksək dəyər verdiyini xüsusi vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!