Zakir Həsənov düşmən təxribatlarının qarşısının dərhal alınması barədə əmr verdi

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov düşmən təxribatlarının qarşısının dərhal alınması barədə əmr verdi

Siyasət

14 Mart 2020 16:37 1045


Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə əmr verib.

"Yeni Sabah" xəbər verir ki, Z.Həsənov martın 14-də keçirilən xidməti müşavirədə cəbhədəki əməliyyat şəraitini təhlil edib. 

Z.Həsənov düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə lazımi qüvvə və vasitələrdən istifadə edilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, intensiv döyüş hazırlığı səviyyəsinin artırılması üçün hərbi hissələrdə, əsasən ön xətdə yerləşən bölmələrdə keçirilən döyüş hazırlığı tədbirlərinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməsi, döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsi ilə bağlı komandir-rəis heyətinə əmr verib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!