Zakir Həsənov gürcü vəzifədaşını qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov gürcü vəzifədaşını qəbul etdi

Maraqlı

20 Fevral 2023 15:39 781


Azərbaycanın müdafiə naziri Zakir Həsənov Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan, Türkiyə və Gürcüstanın ikitərəfli və üçtərəfli əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirən nazir bunun regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını xüsusi vurğulayıb. pizza sifarişi

General-polkovnik Z.Həsənov Qarsda keçirilən “Qış təlimi - 2023”də hərbi qulluqçuların yüksək peşəkarlıq nümayiş etdirdiyini qeyd edərək, birgə təlimlərin ordularımız arasında təcrübə mübadiləsində və döyüş qabiliyyətinin daha da yüksəldilməsində mühüm rol oynadığını bildirib.

Müdafiə naziri Cənubi Qafqazın ölkə rəhbərlərinin iştirakı ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən plenar iclasdakı görüşün əhəmiyyətini vurğulayıb.

General-mayor G.Matiaşvili səmimi qəbula görə minnətdarlığını ifadə edib. Ölkələrimiz arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regional təhlükəsizliyə töhfə verdiyini qeyd edib.

Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!