Zakir Həsənov Hulusi Akarla hərbi sərgiyə baş çəkdi - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov Hulusi Akarla hərbi sərgiyə baş çəkdi - FOTOLAR

Maraqlı

09 İyun 2022 12:23 1408


Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgi ziyarət edilib. 

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Efes-2022'" çoxmillətli təlimini izləmək üçün Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini ziyarət edib. pizza hut

Sərgi əsnasında general-polkovnik Z.Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb.

Səmimi görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıqdan məmnunluq ifadə olunub, gələcək perspektivlər müzakirə edilib.

Daha sonra qonaqlar burada sərgilənən hərbi təyinatlı müasir silah və döyüş texnikası nümunələri ilə tanış olublar.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!