Zakir Həsənov Hulusi Akarla müzakirə apardı

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov Hulusi Akarla müzakirə apardı

Maraqlı

21 Dekabr 2022 13:43 670


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akar iki ölkə arasında hərbi əməkdaşlığı müzakirə ediblər. 

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi qeyd olunub. pizza

İkitərəfli görüşdə hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb.

Azərbaycan və Türkiyə Respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!