Zakir Həsənov müşavirə keçirdi, konkret tapşırıqlar verdi

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov müşavirə keçirdi, konkret tapşırıqlar verdi

Maraqlı

24 Sentyabr 2022 12:16 998


Sentyabrın 24-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Yenisabah.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

Müdafiə naziri Prezident Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Dördpendirli pizza

Nazir 12-14 sentyabr 2022-ci il tarixlərində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirlərinin Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

Müşavirədə Kəlbəcər və Laçın rayonları istiqamətində, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə hazırkı əməliyyat şəraiti təhlil edilib.

Nazir şəxsi heyətin sayıqlığının artırılması və Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının bundan sonra da dərhal və qətiyyətlə alınması barədə konkret tapşırıqlar verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!