Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

Siyasət

27 İyul 2020 17:47 680


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərsinin Mut bölgəsində əsgərləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması ilə əlaqədar Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, başsağlığında deyilir:

“Mərsinin Mut bölgəsində əsgərləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında məlumat məni dərindən kədərləndirir. pizza sifarişi

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Sizin acınız bizim də acımızdır.

Allah rəhmət eləsin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!