Zakir Həsənovdan vacib tapşırıq: Düşmənə dərhal cavab veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənovdan vacib tapşırıq: Düşmənə dərhal cavab veriləcək

Maraqlı

04 İyun 2022 10:43 1018


Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bölmələrinə qarşı mümkün təxribatlara dərhal adekvat cavab tədbirlərinin görülməsi ilə bağlı konkret tapşırıqlar verib. 

"Report"un xəbərinə görə, o, bu barədə iyunun 4-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə danışıb.

Z.Həsənov döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması barədə də konkret tapşırıqlar verib. Sezar pizza

Müdafiə naziri müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiyası, şəxsi heyətin xidməti təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məsələlərinin diqqət mərkəzində saxlanılması ilə bağlı göstəriş verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!