Zakir Qaralov onları rəis təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Zakir Qaralov onları rəis təyin etdi

Sosial

20 Fevral 2020 12:30 1132


Baş Prokurorluqda yeni kadr təyinatları olub. "Yeni Sabah"ın xəbərinə görə, bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb. Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi, ədliyyə müşaviri Sahib İsmayılov vəzifəsindən azad olunub. O, Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyin edilib. Bundan başqa, Z.Qaralovun digər əmri ilə Mütəxəssis təhlilləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Rəşid Mahmudov tutduğu vəzifədən azad edilərək Daxili təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə, kiçik ədliyyə müşaviri Rövşən Abdullayev isə Mütəxəssis təhlilləri şöbəsinin rəisi vəzifəsinə təyinat olunub. Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a faktı təsdiqləyib.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!