Zakir Qaralov onu yüksək vəzifəyə təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Zakir Qaralov onu yüksək vəzifəyə təyin etdi

Siyasət

18 Fevral 2020 17:07 5559


Baş Prokurorluqda yeni təyinat olub. "Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı baş prokuror Zakir Qaralov əmr imzalayıb. Əmrə əsasən, baş ədliyyə müşaviri Məmmədov Heydər Vidadi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib. Qeyd edək ki, H.Məmmədov daha əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi olub.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!