Zakir Qaralov Qobustanda vətəndaş qəbulu keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

Zakir Qaralov Qobustanda vətəndaş qəbulu keçirəcək

Sosial

23 Yanvar 2020 08:11 946


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Zakir Qaralov cari il yanvarın 31-də saat 10:00-da Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qobustan rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Pepperoni pizza

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!